"Maariflənmiş Ermənistan" partiyasının lideri Edmon Marukyan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyana təkliflə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində yazıb.
Onun fikrincə, ölkədə Kənd Təsərrüfatı və Mədəniyyət Nazirliklərini bərpa etmək lazımdır.
O, rəhbərlik etdiyi partiyanın belə təkliflə 2019-cu ildə çıxış etdiyini, lakin dəstək almadığını xatırladıb. "Zaman göstərdi ki, bu nazirliklərin olmaması çoxsaylı problemlərə səbəb olur", deyə Marukyan qeyd edib.
“Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi əslində onun ləğv edilməsi idi, baxmayaraq ki, Ermənistanda kənd təsərrüfatının rolu və ÜDM-dəki payı həmişə son dərəcə vacib olub. Eyni şey Mədəniyyət Nazirliyinə də aiddir. Bunu başqa bir nazirliyə daxil etmək olmaz. Mədəni müharibələrdə məsələləri koordinasiya edə biləcək güclü bir Mədəniyyət Nazirliyimiz olmalıdır", deyə o bildirib.
Xatırladaq ki, 2019-cu ilin mayında Ermənistan parlamenti hökumətin strukturundakı dəyişikliklərə səs verib, nəticədə nazirliklərin sayı 17-dən 12-yə endirilib.
Kənd Təsərrüfatı Nazirliyi, Enerji İnfrastrukturları və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət, İdman və Gənclər İşləri Nazirliyi, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Diaspora Nazirliyi ləğv edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:07 / 06.07.2021
Marukyandan Paşinyana TƏKLİF: “Bu nazirliklər bərpa edilsin”
Hazırda oxunan: Marukyandan Paşinyana TƏKLİF: “Bu nazirliklər bərpa edilsin”
Hazırda oxunan: Marukyandan Paşinyana TƏKLİF: “Bu nazirliklər bərpa edilsin”
27566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.