Paşinyan diplomatları bağışlamayacaq - KİV XİN-də nələrin baş verdiyini öyrənib 

Hazırda oxunan: Paşinyan diplomatları bağışlamayacaq - KİV XİN-də nələrin baş verdiyini öyrənib 

27529

Ermənistan Xarici İşlər Nazirliyində gərgin bir atmosfer hökm sürür. Sərbəst fikri olan peşəkar diplomatlardan qurtulma prosesi davam edir. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Qraparak” qəzeti çərşənbə axşamı yazıb. 

Bundan əvvəl nəşr 10 diplomatın ailələri ilə birgə xaricə yola salınmasının təxirə salındığını bildirmişdi.  

Hökumət Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın təyin etdiyi şəxslərin respublikanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində işləməməsinə qərar verib. 

Qəzetin yazdığına görə, hökumət indi bu diplomatların Facebook hesablarını diqqətlə araşdırır. 

"Onlar orada Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasını tənqid edən bir postun altında bəyənmə və ya şərh tapacaqlar. Sonra diplomatlar yalnız xaricdə işləmək hüququnu deyil, karyera perspektivlərini də itirəcəklər" deyə qəzet bildirir. 

Qeyd olunur ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ona qarşı çıxan nazirlik heyətini bağışlamamağa qərar verib. Bu arada Xarici İşlər Nazirliyinin işçilərindən səbirli olmaları və yeni nazir təyinatını gözləmələri xahiş olunur. 

Xatırladaq ki, Ara Ayvazyan mayın 27-də Nikol Paşinyan Azərbaycanla təmas xəttində vəziyyəti sabitləşdirmək planını elan etdikdən sonra istefa verib. 

Müavinləri - Qagik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Armen Gevondyan ondan nümunə götürüblər. Sonuncunun istefası qəbul edilməyib, indi müvəqqəti olaraq Ayvazyanı əvəz edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin