Müharibədən sonra Qarabağa neçə yeni erməni ailəsi gəlib? – RƏQƏMLƏR

Hazırda oxunan: Müharibədən sonra Qarabağa neçə yeni erməni ailəsi gəlib? – RƏQƏMLƏR

27310

44 günlük müharibədən sonra 76 yeni ailə Qarabağa köçüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “ru.armeniasputnik.am” saytında yer alıb.

Mənbə yazır ki, söhbət Azərbaycanın qədim torpağı olan Qarabağda ilk dəfə məskunlaşan ermənilərdən gedir.

Bildirilir ki, yalnız bu ilin iyun ayında 8 ailə və ya 39 nəfər daimi yaşamaq üçün Qarabağa gəlib, daha 10 ailənin köçürülməsi üçün hazırlıqlara başlanılıb.

Qeyd edək ki, keçən ilki müharibə nəticəsində təxminən 90 min erməni Qarabağı tərk edərək Ermənistana köçüb. Bunların 88% -i qadın və uşaqlar olub.

Yeri gəlmişkən, ermənilərin Qarabağa qaytarılması missiyasını daha çox rus sülhməramlıları həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin