Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinə ittiham irəli sürülüb

Hazırda oxunan: Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinə ittiham irəli sürülüb

2728

“Baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda günahlandırılan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan cinayət məcəlləsinin iki maddəsi ilə ittiham olunur”.

Bizim.Media bildirir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin vəkili Yervand Varosyan “Facebook” hesabında yazıb.

Vəkilin sözlərinə görə, istintaq Vanetsyanın tutulmasının qanunsuz olduğunu başa düşərək, ona qarşı tələsik “hakimiyyətin qəsb edilməsinə hazırlıq”, “bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsd yolu ilə törədilmiş bir dövlət, siyasi və ya ictimai xadimin öldürülməsinə hazırlıq” maddələri üzrə ittiham irəli sürüb. 

O əlavə edib ki, Vanetsyan absurd ittihamla razılaşmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin