Paşinyan Zəngəzur dəhlizinin açılmasının ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

Hazırda oxunan: Paşinyan Zəngəzur dəhlizinin açılmasının ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

271113

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması Ermənistanın Çin ilə iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

Paşinyan əlavə edib ki, mövcud nəqliyyat məhdudiyyətlərinə baxmayaraq, regional infrastrukturun açılması bu problemlərin bir çoxunu həll edə bilər.

“Çinə yük daşımalarının dəmiryolu ilə həyata keçirilməsi imkanı yaranır. Bu tamamilə yeni iqtisadi vəziyyətdir,” – deyə o vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan “Cənubi Qafqazda kommunikasiya əlaqələrinin açılması” dedikdə məhz Zəngəzur dəhlizini nəzərdə tutur.

Bu dəhliz Ermənistan və Azərbaycan ərazisindən keçərək İrəvanın və regionun, xüsusilə ilə də Türkiyənin Çin ilə nəqliyyat-əlaqələrini xeyli sürətləndirəcək, yük daşımalarını dəmiryolu ilə həyata keçirməyə imkan verəcək.

Başqa sözlə, Paşinyan bu layihəni Ermənistan-Çin iqtisadi əməkdaşlığını genişləndirmək üçün strateji imkan kimi təqdim edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin