Ermənistan hökumətində dəyişikliklər olacaq – KİMLƏR GEDİR?

Hazırda oxunan: Ermənistan hökumətində dəyişikliklər olacaq – KİMLƏR GEDİR?

271092

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 20 sentyabrda keçiriləcək qurultayından sonra hökumətdə kadr dəyişiklikləri gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.

“Hakim partiyada hesab edirlər ki, qurultay onların gələcək vizyonunu göstərəcək, yəni seçkiqabağı kampaniya başlayacaq və Paşinyanın addımları bu məntiqə uyğun olacaq.

Ehtimallara görə, baş nazirin aparat rəhbəri Arayik Arutyunyanın baş nazir müavini təyin olunması mümkündür. Hələ məlum deyil ki, o, Tiqran Xaçatryanı yoxsa Mqer Qriqoryanı əvəz edəcək.

Qəzet qeyd edir ki, Arutyunyan hər gün Paşinyana təsir göstərir ki, iqtisadi siyasətə cavabdeh olanlardan biri partiyanın nümayəndəsi, yəni “Vətəndaş Müqaviləsi”nin üzvü olmalıdır. Hər iki hazırkı baş nazir müavini isə partiyasızdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin