"Tinder" fırıldaqçısı" Gürcüstanda HƏBS EDİLDİ

Hazırda oxunan: "Tinder" fırıldaqçısı" Gürcüstanda HƏBS EDİLDİ

270561

Haqqında "Netflix"in sənədli film çəkdiyi və İnterpol xətti ilə axtarışda olan məşhur "Tinder" fırıldaqçısı" Saymon Levayev Gürcüstanda Batumi hava limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

Bildirilib ki, Levayevin saxlanılmasının dəqiq səbəbi bilinmir.

Qeyd edək ki, əsl adı Şimon Hayut olan gənc haqqında "Tinder fırıldaqçısı" ("The Tinder Swindler") sənədli filmi 2022-ci ildə yayımlanıb.
 

Videosüjetdə qadınlar "Tinder"də onunla tanış olduqdan sonra necə aldadıldıqlarını danışırlar. Onların sözlərinə görə, Levayev özünü İsrailin almaz maqnatı Lev Levayevin oğlu kimi təqdim edir, dəbdəbəli həyat tərzi ilə etibar qazanır, daha sonra isə hədə-qorxu ilə qadınlardan pul tələb edirdi.


Ümumilikdə onun qurbanlarından təxminən 10 milyon dollar mənimsədiyi bildirilir.

Qeyd edək ki, 2019-cu ildə Levayev Yunanıstanda saxta pasportla saxlanılıb, daha sonra İsrailə ekstradisiya edilib. O, 15 aylıq həbs cəzası alsa da, cəmi 5 ayını İsrail həbsxanasında keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin