Paşinyanın Aparatı: “Kimi həbs edirlərsə, yazıçı olur, Köçəryan şahiddir”

Hazırda oxunan: Paşinyanın Aparatı: “Kimi həbs edirlərsə, yazıçı olur, Köçəryan şahiddir”

270507

“Samo Kalujski (oliqarx Samvel Karapetyan – red.) adından yazılan mətnlərin müəllifini toy aparmağa dəvət etmək olar, yaxşı tostlar yazır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan sosial şəbəkələrdə yazıb.
 

“Dayandırın, milyarderiniz iki kəlmə söz belə bir-birinə bağlaya bilmir, nəinki DTX  təcridxanasından ürəkdağlayan mətnlər yazsın.


Kimi həbs edirlərsə, yazıçı olur, Köçəryan şahiddir”, – deyə Çaxoyan qeyd edib.

Xatırladaq ki, Ermənistanda həbs olunan rusiyalı oliqarx Samvel Karapetyan bu gün ölkədəki fəlakətli demoqrafik vəziyyətlə bağlı narahatlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin