Həmin görüş Ermənistanda KEÇİRİLƏCƏK

Hazırda oxunan: Həmin görüş Ermənistanda KEÇİRİLƏCƏK

269352

Xəbər verdiyimiz kimi, yaxın günlərdə Türkiyə və Ermənistan nümayəndələri arasında görüş keçiriləcəyi gözlənilir.

Bizim.Media-nın “Kommersant”a istinadən məlumatına görə, Ermənistan parlamentinin spikeri, ölkənin Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan görüşün Ermənistanda baş tutacağını açıqlayıb.
 

O xatırladıb ki, görüş zamanı iki ölkə arasında əlaqələrin normallaşması məsələsi müzakirə ediləcək.


R.Rubinyan Ermənistanın Türkiyə ilə diplomatik münasibətlər qurmağa və sərhədi açmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Ermənistanla danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıçdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin