Mühüm mərhələ: Türkiyə nümayəndə heyəti Ermənistana gedəcək

Hazırda oxunan: Mühüm mərhələ: Türkiyə nümayəndə heyəti Ermənistana gedəcək

269115

Türkiyə-Ermənistan münasibətlərində daha bir mühüm mərhələ başlayır.

Bizim.Media Türkiyənin NTV televiziya kanalına istinadən xəbər verir ki, Türkiyə ilə Ermənistan ilk dəfə heyətlərarası görüş üçün bir araya gələcək

Səfərin gələn həftənin əvvəlində keçirilməsi planlaşdırılır.
 

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfir Serdar Kılıçın rəhbərlik etdiyi heyətin Ermənistan tərəfinə Alican sərhəd-keçid məntəqəsindən keçərək getməsi gözlənilir.


İlk dəfə keçiriləcək heyətlərarası görüşdə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşdırılması üçün bəzi qərarların qəbul olunması və daha əvvəl qəbul edilmiş qərarların icraya qoyulması gündəmdə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin