Dünyanın ən yaşlı qadını Türkiyədə yaşayırmış - FOTO 

Hazırda oxunan: Dünyanın ən yaşlı qadını Türkiyədə yaşayırmış - FOTO 

26838

Türkiyə sakini Şeker Arslan 27 iyun 2021-ci ildə 119 yaşına çatıb. Bu, rəsmi olaraq təsdiqlənərsə, “dünyanın ən yaşlı qadını” titulunu qazanacaq.  

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “The U.S. Sun” nəşri yayıb. 

Qohumları deyib ki, qadının anası da 110 il yaşayıb.  

Sürücülük vəsiqəsinə görə, Arslan 27 iyun 1902-ci ildə anadan olub. Türkiyə sakininin altı övladı və on iki nəvəsi var. Qızlarından biri uzunömürlülüyün sirrinin qidalanmada olduğunu söyləyib: 

“Yalnız təbii məhsullardan istifadə etməlisən. Doğum günündə belə masada yalnız təbii məhsullar olub: bal, pendir, yağ və evdə hazırlanan qatıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin