Ərdoğanla Paşinyan nələri MÜZAKİRƏ ETDİLƏR?

Hazırda oxunan: Ərdoğanla Paşinyan nələri MÜZAKİRƏ ETDİLƏR?

268107

Xəbər verdiyimiz kimi, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Cənubi Qafqazda davamlı sabitlik və sülh istiqamətində atılan addımlar fonunda Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub.
 

Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin irəliləməsindən məmnun olduğunu bildirib, Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini və prosesə töhfə verməyi davam etdirəcəyini vurğulayıb.


Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılması istiqamətində addımların dəyərləndirildiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin