İranda 10-dan çox şəxsdə koronavirusun “Delta” ştammı aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bunu ISNA-ya açıqlamasında Məşhəd Tibb Elmləri Universitetinin rektor müavini Mehdi Kelyan deyib.
“Təəssüf ki, dünən axşam Məşhəddə 10-dan çox “Delta” ştammına yoluxma müəyyənləşdirildi”, - o qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusun "delta plus" variantı aşkarlandı
O bildirib ki, testlər təhlil olunması üçün paytaxt Tehrana göndərilib:
“Sözügedən yoluxmaların “Delta” ştammı olduğundan əminik, ancaq yekun rəy Tehran tərəfindən verilməlidir”.
Bizim.Media