Paşinyan: “10 noyabr bəyanatı keçmişdə qaldı”

Hazırda oxunan: Paşinyan: “10 noyabr bəyanatı keçmişdə qaldı”

267470

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata qayıtmağın mənası yoxdur, çünki həmin sənəd artıq keçmişdə qalıb.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu fikirləri cümə axşamı hökumət iclasından sonra keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında sülh bərqərar olunub. Baş nazir əlavə edib ki, müxalifət bu hadisədən sonrakı ilk günlər — 9, 10, 11 və 12 avqustda şok vəziyyətində olub, 13 avqustdan etibarən isə əldə olunmuş razılaşmalara qarşı aktiv mübarizəyə başlayıb.

Paşinyan vurğulayıb ki, “bərqərar olunmuş sülhü qorumaq” özünün əsas vəzifəsi hesab edir və cəmiyyətdə narahatlıq doğuran bütün məsələləri izah etməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin