Əlizadənin İrəvandakı konserti ləğv edildi

Hazırda oxunan: Əlizadənin İrəvandakı konserti ləğv edildi

266932

İran əsilli niderlandlı məşhur müğənni, Sevdaliza kimi tanınan Sevda Əlizadənin Ermənistandakı konserti ləğv edilib.

Bizim.Media “Publika.az”a istinadla xəbər verir ki, bu barədə "Coca-Cola Fest"in təşkilatçıları məlumat yayıb.

“Bildiririk ki, Sevdaliza İrəvanda çıxış etməyəcək. İstəsəniz, alınan biletləri geri qaytara bilərsiniz”, - məlumatda bildirilib.
 

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Sevdalizanın İrəvanda konsert verəcəyi ilə bağlı xəbərlər tənqidlə qarşılanıb. İddia olunub ki, o, yaradıcılığında antixristian motivlərə yer verir. Etiraza məşhur bloqerlər də qoşulub. Təşkilatçılar buna görə konserti ləğv etmək məcburiyyətində qalıblar.


Sevdaliza kimi tanınan İran əsilli niderlandlı müğənni, bəstəkar və prodüser Sevda Əlizadə 1987-ci il sentyabrın 1-də Tehranda anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Niderlanda köçüb. Müğənni fars, holland, ingilis, fransız və portuqal dillərində sərbəst danışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin