\"Rus qoşunları Sovet dövründə müəyyənləşdirilmiş sərhəddə dayanacaq\" - Erməni nazir

Hazırda oxunan: \"Rus qoşunları Sovet dövründə müəyyənləşdirilmiş sərhəddə dayanacaq\" - Erməni nazir

26647

"Rusiyanın sərhəd qoşunları Ermənistanla Azərbaycan arasındakı sərhəddə dayanacaq, daha sonra demarkasiya və delimitasiya olacaq, bundan sonra hər iki ölkənin sərhəd qoşunları sərhəddə yerləşdiriləcək". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “İctimai” televiziyaya verdiyi müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Seçkinin nəticələri Paşinyan üçün “qurbanlara dəyməyən qələbə” oldu – ABBAS CUMA - VİDEO 


O, qeyd edib ki, Ermənistanın öz gücü çatmasa, bu yerlərdə Rusiya qoşunları dayanacaq: “Rus sərhədçilərinin sərhəddə dayanacağına qərar verilib". 

Xatırladaq ki, "Azadlıq" Radiosunun erməni redaksiyası rəsmi İrəvan və Moskvanın Ermənistandakı Rusiya hərbi bazasının genişləndirilməsi barədə danışıqlara başladığını, bunun üçün Müdafiə Nazirliyi, Xarici İşlər, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Ermənistan-Rusiya ortaq qrupu, habelə Kadastr Komitəsindən nümayəndə heyəti Rusiyanın paytaxtına gedib. 

Nəşr, eyni zamanda bildirir ki, mayın 27-də Ermənistan hökumətinin iclasında Zəngəzur mahalında (Sünik vilayəti) ümumi sahəsi 3,5 hektar olan torpaq sahəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistanda yerləşən sərhədçilərinə ayrılıb. 

Ermənistan hökumətinin əsaslandırmasına görə, 7 torpaq sahəsi Rusiya sərhədçilərinin istifadəsinə verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin