Paşinyan üzr istədi

Hazırda oxunan: Paşinyan üzr istədi

265730

Ermənistanın Baş naziri Nikol Paşinyan ruhanilərə qarşı bir müddət öncə sosial şəbəkədə yazdığı ifadələrə görə ictimaiyyətdən üzr istəyib.

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan müvafiq komissiyanın qərarından sonra üzr istəməyə məcbur olub.

Baş nazir nalayiq ifadəsini özündə qüsur kimi qeyd edərək, emosiyalarını daha yaxşı idarə etməyi öyrənməli olduğunu bildirib.

Paşinyan üzr istəməsinin səbəbini isə tolerantlıq, demokratik təsisatlara dözümlülük və hörmətlə izah edib.
 

Qeyd edək ki, mayın 30-da N.Paşinyan və arvadı Anna Akopyanın Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı ifadələri ölkədə siyasi və ictimai qalmaqala səbəb olmuşdu.


Baş nazir qalmaqala səbəb olan fikrində bildirmişdi ki, kilsədə subaylıq andını pozan bütün ruhanilərin öz mənəvi xidmətlərindən getməli, kilsələrdən rədd olmalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin