Türklər də Xankəndindən ev alır... - Ermənilər TƏŞVİŞ İÇİNDƏ

Hazırda oxunan: Türklər də Xankəndindən ev alır... - Ermənilər TƏŞVİŞ İÇİNDƏ

26532

Qondarma rejimin "təhlükəsizlik xidməti" Qarabağda yaşayan ermənilərə səslənib.

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, "Artsax rəsmi"lərinin çağırışında ermənilərə tövsiyə olunur ki, şübhəli zənglər geniş müzakirə mövzusuna çevrilməsin. 
 

MÖVZU İLƏ BAĞLI:

Köçəryan niyə Xankəndini seçdi? – “Qarabağlılar” və “İrəvanlılar” döyüşə hazırlaşır


Araikin yan-yörəsi camaata bu tip zəngləri panika və qorxu yaratmaq cəhdləri kimi izah ediblər.

Amma ötən həftə Xankəndindən azərbaycanlıların ev almaq üçün etdiyi zənglər və bu dəfə də türklərin eyni məqsədlə erməniləri yığması reallıqdır. Yəni, məqsəd kimisə qorxutmaq yox, başlarını itirmiş ermənilərə münasib çıxış yolu göstərməkdir. Ermənilərin öz təbirincə desək, "onsuz da yaxında tərk edəcəyimiz evləri indidən sata bilmək uduşdur".

Sonuncu əldə etdiyimiz məlumata görə, Xankəndində yaşayan ermənilər Rusiya və Gürcüstandakı qohumlarının əli ilə özləri də evlərini satıb getmək üçün əlaqələr axtarırlar.

Gec-tez Qarabağı tərk edəcəklərinə əmindirlər. Onları buna eyni zamanda ağır sosial vəziyyət də məcbur edir. Hazırda Qarabağda məskunlaşan 30-35 min erməni ancaq xaricdən göndərilən yardımlar hesabına yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin