"Növbəti görüş Bakıda və ya İrəvanda keçirilə bilər" - Kostanyan

Hazırda oxunan: "Növbəti görüş Bakıda və ya İrəvanda keçirilə bilər" - Kostanyan

265256

"Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılmasına dair razılaşma “3+3” formatında dialoqda yeni səhifə açıb, bu formatda növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsi planlaşdırılır".

Bizim.Media xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İranın IRNA agentliyinə müsahibəsində deyib.
 

“Hesab edirik ki, bu dialoq formatı regional, xüsusən də nəqliyyat və infrastruktur kommunikasiyaları sahəsində olan layihələrin müzakirəsi üçün əlverişli platformaya çevrilə bilər”, - o bildirib.


Kostanyan Azərbaycan və Ermənistan arasında münasibətlərdə son hadisələrin, eləcə də regionda nəqliyyat marşrutlarının bərpasına dair fundamental razılaşmanın dialoq üçün, o cümlədən “3+3” çərçivəsində yeni fəsil açdığını vurğulayıb.

“Nazirlərin son bəyanatına görə, növbəti görüş İrəvanda və ya Bakıda keçirilməlidir.

Biz həmçinin Azərbaycan tərəfi ilə də ikitərəfli məsləhətləşmələrin aparılması imkanlarını da nəzərdən keçiririk”, - nazir müavini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin