Türkiyə məhdudiyyətləri bu tarixdə ləğv edəcək - RƏSMİ

Hazırda oxunan: Türkiyə məhdudiyyətləri bu tarixdə ləğv edəcək - RƏSMİ

26467

Türkiyənin Daxili İşlər Nazirliyi iyulun 1-dən etibarən ölkədə koronavirusa (COVID-19) qarşı aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya nazirliyin saytında yer alıb.

Mənbə bildirir ki, iyulun 1-dən fəaliyyətlərinə fasilə verilən bütün iş yerləri, o cümlədən kinoteatrların fəaliyyəti bərpa olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə bu gün koronavirusdan neçə nəfər ölüb? - STATİSTİKA


Sərəncama görə, kafe, restoran və digər yeməkxanalarda müştəri məhdudiyyəti qoyulmayacaq, qonaq evləri COVID-19-la mübarizə tədbirləri çərçivəsində sosial məsafə, maska və gigiyenik qaydalara əməl olunmaq şərti ilə ənənəvi qaydada fəaliyyətinə başlayacaq.

Nikah salonları, şadlıq evlərinin qapalı məkanlarında tətbiq olunan COVID-19-la mübarizə tədbirləri xaric, qonaq sayında məhdudiyyət qoyulmayacaq, konsert salonları və festivalların fəaliyyətinə müəyyən edilmiş tədbirlər çərçivəsində icazə veriləcək.

Çayxana, kafe kimi yerlərdə oyun oynanılması ilə bağlı məhdudiyyətlərə də iyulun 1-dən son qoyulacaq.

Parklar, bağçalar, düşərgələr, gəzinti, istirahət yerlərində tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılacaq.

Bununla yanaşı, qəlyan salonları və qəlyan istifadə edilən kafelərin fəaliyyətinə verilən fasilə yeni qərar qəbul edilənə qədər qüvvədə olacaq, qəlyan xidməti göstərilməyəcək.

Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal və Şri-Lankadan gələnlər və son 14 gündə bu ölkələrdə olanlar üçün məcburi karantin də gələn aydan sona çatacaq.

Əfqanıstan və Pakistandan Türkiyəyə gələnlər və ya son 14 gündə bu ölkələrdə olanlar üçün məcburi karantin müddəti isə gələn ayın 1-dən 10 günə endiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin