Paşinyan Putindən sonra Makrona da ZƏNG ETDİ

Hazırda oxunan: Paşinyan Putindən sonra Makrona da ZƏNG ETDİ

264625

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Bu barədə Bizim.Media Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat verir.
 

N.Paşinyan Prezident Makronu avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələri barədə məlumatlandırıb.


"Baş nazir Fransa Prezidentinə avqustun 8-də Vaşinqtonda aparılmış danışıqların nəticələri, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional kommunikasiyaların açılması, eləcə də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi barədə məlumat verib", - məlumatda deyilir.

Telefon danışığı zamanı N.Paşinyan vurğulayıb ki, bərqərar olmuş sülh təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün yeni investisiya imkanları açır.

Qeyd edək ki, bu gün Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Ermənistan lideri Rusiya Prezidentinə Vaşinqton görüşü ilə bağlı məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin