Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putini Vaşinqton görüşünün nəticələri barədə məlumatlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş nazir 8 avqust 2025-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən danışıqların yekunları barədə Rusiya Prezidentinə məlumat verib.
Xüsusilə, “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət, regionda kommunikasiyaların açılması, həmçinin “Beynəlxalq sülh və rifah naminə Tramp Yolu” layihəsi müzakirə olunub.
Bizim.Media

- A-
- A
- A+
Region
14:35 / 11.08.2025
Paşinyan Putinə zəng etdi
Hazırda oxunan: Paşinyan Putinə zəng etdi
Hazırda oxunan: Paşinyan Putinə zəng etdi
264607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.