İran şərtlərini AÇIQLADI – “Bu halda razı olacağıq”

Hazırda oxunan: İran şərtlərini AÇIQLADI – “Bu halda razı olacağıq”

264604

“İran nüvə proqramı ilə bağlı bəzi məhdudiyyətlərə razı ola bilər, lakin uranın zənginləşdirilməsindən imtina etmək niyyətində deyil”. 

Bizim.Media xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehran zənginləşdirmənin həcmi və gücü ilə bağlı müəyyən məhdudiyyətləri qəbul edə bilər, lakin heç bir halda prosesi tam dayandırmayacaq. 

“İran yalnız öz gücünə arxalanacaq və digər ölkələrin “boş vədlərinə” inanmayacaq”, — deyə Taxt-Rəvançi vurğulayıb.
 

Diplomat qeyd edib ki, ABŞ uranın zənginləşdirilməsindən tam imtina tələb edərsə, razılaşma baş tutmayacaq. O, həmçinin Vaşinqtondan İrana qarşı hücumların təkrarlanmayacağına dair təminat verməsini istəyib.


Rəvançinin sözlərinə görə, danışıqlar zamanı iyunda baş verən hava zərbələrinə görə ABŞ-dan kompensasiya məsələsi də gündəmə gətirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin