Baş nazir Nikol Paşinyan ölümə hörmət etmir və heç vaxt etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı sabiq səfiri Mikayel Minasyan bildirib.
“Nikol ölən əsgərlərimizin dəfn mərasiminin lentə alınmasını qadağan etdi ki, "qələbə" ilə bağlı yalanlarla doyurulan xalq bu faciənin miqyasını, döyüş əməliyyatları coğrafiyasını, onun əmri ilə qurban getmiş qardaşlarımızın acı taleyini, əsgərlərin fədakarlığını dərk etməsin”.
O, bildirib ki, ölənlərin sayı azaldılıb, gündəlik dərc edilən siyahılar reallığı əks etdirmir.
Sabiq səfirin ilk gündən etibarən həqiqi ölüm sayını gizlətmək üçün biabırçı və dəhşətli bir prosesin başlnadığını vurğulayıb:
“Bu əməliyyata şəxsən Ermənistanda Nikol, Qarabağda həyat yoldaşı rəhbərlik etdi. Yəqin bilmirsiniz ki, Goris, Sisian, Vanadzor, Gümri, Eçmiadzin və İrəvan morqlarında hələ də yer yoxdur".
"Müharibənin ilk günlərindən etibarən əsgərlərin cəsədləri Abovyanda koronavirusdan ölənlər üçün nəzərdə tutulan meyitxanda saxlanılırdı”.
Minasyan deyib ki, valideynlər övladlarının cəsədlərinin qalıqlarını təhvil vermək üçün təxminən iki aydır gözləyirlər.
Övladlarının cəsədlərini alıb dəfn edə bilmək üçün rüşvət də vəd edirlər.
“Belə çıxır ki, Ermənistanda açıq şəkildə yalan danışmaq, ölən uşaqların meyitlərini soyuducularda günlərlə gizlətmək olar".
"Çünki Nikol və Annanın cədvəlinə görə hər gün 30, 40 qurban adının dərc olunmasına icazə verilir".
Onun sözlərinə görə, yaşanan dəhşətli faciləyə məsul olanlar o qədər azğınlaşıb ki, müharibənin son həftəsində qurbanların adlarını açıqlamağı tamamilə dayandırdılar.
Bizim.Media
- A-
- A
- A+
Region
12:42 / 14.11.2020
Erməni siyasətçi: “Ölənləri sayını gizlətmək üçün dəhşətli prosesə başlanıldı”
Hazırda oxunan: Erməni siyasətçi: “Ölənləri sayını gizlətmək üçün dəhşətli prosesə başlanıldı”
Hazırda oxunan: Erməni siyasətçi: “Ölənləri sayını gizlətmək üçün dəhşətli prosesə başlanıldı”
Özət:
- Morqlarda yer yoxdur
- Ölən erməni əsgərlərinin meyitləri koronavirus qurbanları üçün nəzərdə tutulan yerlərdə saxlanılır
- Valideyinlər övladlarının meyitini almaq üçün rüşvət vəd edirlər
2641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.