Ara Abramyan müxalif qüvvələri Paşinyana qarşı birləşdirəcək? – Özündən AÇIQLAMA

Hazırda oxunan: Ara Abramyan müxalif qüvvələri Paşinyana qarşı birləşdirəcək? – Özündən AÇIQLAMA

262653

“2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələrin birləşməsinə kömək edəcəm”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan TASS agentliyinə açıqlamasında bildirib.

“Seçkilərdə iştirak etməyi planlaşdırmasam da, Ermənistanın iqtisadi və insan potensialından – o cümlədən diasporun imkanlarından – ardıcıl və vətənpərvərliklə istifadə edərək ölkəni dirçəldə biləcək sağlam qüvvələrin birləşməsinə kömək etmək üçün bütün imkanlarımdan istifadə edəcəyəm”, – deyə Abramyan vurğulayıb.

Xatırladaq ki, son aylarda Ermənistanda 2026-cı ildəki parlament seçkilərinə hazırlıq fonunda daxili siyasi vəziyyət kəskinləşib.

Baş nazir Paşinyan müxalifəti hakimiyyəti devirməyə hazırlaşmaqda ittiham edib. Bu ittihamlar çərçivəsində oliqarx Samvel Karapetyan və iki yepiskop saxlanılıb. Paşinyan həmçinin Ermənistan Apostol Kilsəsini sərt tənqid edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin