TƏCİLİ: Xankəndində mənzilləri azərbaycanlılara satırlar - Tiqran Abramyandan SOS

Hazırda oxunan: TƏCİLİ: Xankəndində mənzilləri azərbaycanlılara satırlar - Tiqran Abramyandan SOS

26232

“Azərbaycanlılar Dağlıq Qarabağ ermənilərinə zəng vurub təklif edir ki, evlərini onlara satsınlar”.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bunu qondarma rejim “prezident”inin sabiq köməkçisi Tiqran Abramyan özünün “Facebook” səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan GÜC nümayişi – Çəkic altında kimin başıdır?


Onun fikrincə, son günlər “Artsax”da ən çox müzakirə olunan mövzu budur:

“Bu məsələyə həmkarımız Nairi Ohikyan da toxunub və qondarma rejim sakinlərinin narahatlığını dilə gətirib. Azərbaycanlıların ideyasının qayəsini bu təşkil edir: istənilən halda “Artsax”ı qaytaracaqsınız, biz mənzillərinizi satmağı təklif edirik.

Dünəndən bəri maraqlanıram ki, burada söhbət 1-2 zəngdən gedir, yoxsa proses kütləvi hal alıb. Hələlik heç bir qiymətləndirmə aparmaq istəmirəm, amma bəlli olan odur ki, azərbaycanlılar 1-2 zənglə kifayətlənmir. Burada iki əsas problem var. Görünür, azərbaycanlılar total psixoloji hücuma başlayıblar və bu yolla “Artsax”ın ermənilərdən boşaldılmasını tezləşdirmək istəyirlər. 

Əfsus ki, bu, gözlənilən prosesdir və gələcəkdə belə alətlər daha geniş istifadə olunacaq.

Ermənistanın “Artsax” səhifəsinin bağlanması prosesindən uzaqlaşdırılması vəziyyəti daha da faciəviləşdirir. Eyni zamanda unutmaq olmaz ki, Türkiyə və Azərbaycanın ambisiyaları “Artsax”la məhdudlaşmır, Qarabağdakı istənilən güzəşt Ermənistan ərazilərinin itirilməsinə gətirib çıxaracaq”

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin