Ermənistan Prezidenti: “Məqsədimiz yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamaqdır”

Hazırda oxunan: Ermənistan Prezidenti: “Məqsədimiz yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamaqdır”

262316

“Əgər biz Sünikin qapılarını aça bilsək, mən 43 kilometrlik imkanları nəzərdə tuturam, o zaman əmin ola bilərsiniz ki, inkişaf üçün böyük imkanlar yaranacaq. Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünikdə keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Biz böyük bir kəşf etməmişik, amma mövcud reallığı masaya qoyuruq və bu imkanları aydın şəkildə təqdim edirik, bu 43 kilometrin və Sünikin nə qədər vacib olduğunu anlayırıq. Məqsədimiz yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamaqdır”, - deyə Xaçaturyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin