Paşinyan: “Oğru həbsxanada oturmalıdır, fəvvarələrlə əylənməməlidir”

Hazırda oxunan: Paşinyan: “Oğru həbsxanada oturmalıdır, fəvvarələrlə əylənməməlidir”

262002

“Oğru həbsxanada oturmalıdır, fəvvarələrlə əylənməməlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Facebook sosial şəbəkəsində yazıb. 

O, bu fikirləri dünən Gümrüdə baş verən hadisəyə münasibət bildirərkən səsləndirib.
 

Erməni KİV-lərinin məlumatına görə, Gümrüdə Ermənistan hökuməti tərəfindən quraşdırılan “oxuyan fəvvarələr” dünən “Oğru payı” (ermənicə kriminal aləmə aid mahnı) adlı musiqini ifa edib. Bu isə baş nazirin narazılığına səbəb olub.


Paşinyan öz narazılığını belə ifadə edib:

“Oğru həbsxanada oturmalıdır, fəvvarələrlə əylənməməlidir”.

Qeyd edək ki, Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə bu ilin martında keçirilən mer seçkilərində müxalifətin vahid namizədi Vardan Qukasyan qalib gəlmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin