Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 59 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə koronavirusla bağlı son statistika
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 703 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 5 846 nəfər sağalıb, ağır xəstə sayı isə 752 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 5 393 248 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 254 708 nəfər sağalıb, 49 417 nəfər isə ölüb.
Bizim.Media