Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya hərbi bazasının fəaliyyəti ilə bağlı məsələləri müzakirə etmək üçün hökumət nümayəndə heyətinin Moskvaya göndərilməsi barədə qərara imza atıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, nümayəndə heyəti 26 iyunda Rusiya paytaxtına yola düşəcək və 1 iyulda geri dönəcək. Ermənistan-Rusiya hökumətlərarası komissiyasının 13-cü iclası Moskvada keçiriləcək, Rusiya hərbi bazasının fəaliyyət göstərməsi üçün zəruri olan torpaq və daşınmaz əmlakın Rusiya tərəfinə verilməsi ilə bağlı məsələlər həll ediləcək.
Bundan əvvəl Göyçə mahalının (Geqarkunik vilayəti) qubernatoru Qnel Sanosyan “Sputnik Ermənistan”a verdiyi açıqlamada rus sərhədçilərinin yaxın günlərdə Ermənistanla sərhəddə yerləşdiriləcəyini söyləmişdi.
Daha sonra Baş Qərargah rəisi Artak Davtyan jurnalistlərə son qərarın hələ verilmədiyini, ancaq prosesin davam etdiyini demişdi.
Eyni zamanda, Zəngəzur mahalının (Sünik vilayəti) Ermənistan ərazisində yerləşdirilən 102-ci Rusiya bazasının qüvvələri tərəfindən qorunmasını gücləndirmək planlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Region
11:34 / 24.06.2021
Paşinyan təcili Moskvaya nümayəndə heyəti göndərir – SƏBƏB
Hazırda oxunan: Paşinyan təcili Moskvaya nümayəndə heyəti göndərir – SƏBƏB
Hazırda oxunan: Paşinyan təcili Moskvaya nümayəndə heyəti göndərir – SƏBƏB
26046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.