Sülh sazişinin imzalanmasına mane olan SƏBƏBLƏR – Erməni blogerdən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Sülh sazişinin imzalanmasına mane olan SƏBƏBLƏR – Erməni blogerdən ÖZƏL AÇIQLAMA

259140

Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Nikol Paşinyanla görüşü BAŞLADI - FOTO/VİDEO


Görüşlə bağlı erməni bloger İşxan Verdyan Bizim.Media ilə fikirlərini bölüşüb. Verdyan Əbu-Dabidə baş tutan görüşü tarixi görüş adlandırıb.

"Təbii ki, bu müqavilə bugünki iclasda dərhal imzalanmayacaq. Bundan başqa, Ermənistan qanunvericiliyində Azərbaycanın qaldırdığı məsələlər hələ də mövcuddur ki, bu da sənədin tezliklə imzalanmasına mane olacaq. Lakin bu o demək deyil ki, iki ölkə boş oturacaq və münasibətlərin normallaşması istiqamətində heç bir addım atmayacaq".

Verdyanın sözlərinə görə, Əbu-Dabi görüşü vasitəçisiz iki ölkənin sülh üçün daha ciddi addımlar atması deməkdir:

"Görünür, liderlər prosesi başlamaq qərarına gəliblər və bu halda sülh sazişi dialoqun başlanğıcı olmayacaq, əksinə, artıq qurulmuş münasibətlərin möhkəm təsdiqi olacaq. Göründüyü kimi, görüləcək çox iş var və liderlər hüquqi məsələlərin tam həllini gözləmədən işə başlamaq qərarına gəliblər", - deyə İ.Verdyan bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin