Yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Göyçə mahalının (Geqarqunik vilayəti) Sotk-Xoznavar hissəsinə rus sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gələcək və bundan sonra qoşunlar ön xəttdən çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri “news.am” saytı “Qraparak” qəzetinə istinadən yayıb.
Mənbə bildirir ki, danışıqların keçirilməsi faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan tərəfindən də bir gün əvvəl təsdiqlənib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər niyə yenidən Paşinyanı seçdi? – Seçkilərdə AZƏRBAYCAN FAKTORU
“Azərbaycan tərəfi buna razılıq veribmi?” sualına Davtyan belə cavab verib:
“Bizim ərazimizdə Azərbaycandan soruşacaq bir şeyimiz yoxdur, ancaq onlarla da danışıqlar aparılır, çünki bəzi suallar var. Məqsədimiz Azərbaycan bölmələrini heç bir toqquşma olmadan sərhədə çəkməkdir. Bütün sərhəd boyu hərəkətə keçməliyik. Lazım gələndə Rusiya tərəfi ilə əməkdaşlıq edirik”.
“Baş Qərargah rəisinin suveren ərazimizin başqa bir dövlətin sülhməramlılarına verilməsi barədə "qorxulu" açıqlamasından yalnız erməni tərəfinin qoşunlarının geri çəkiləcəyi açıq-aşkar görünür və nəticədə sərhəddə nələrin baş verə biləcəyini söyləmək çətindir.
Digər informasiyaya görə, Nikol Paşinyan çox güman ki, sentyabr ayında Azərbaycanın ərazi bütövlüyünü həqiqətən tanıyan bir müqaviləyə imza atacaq”, deyə qəzet qeyd edir.
Bizim.Media