Erməni polkovnikdən ŞOK İDDİA: “Ermənistanın əhalisinin 53 faizi türkdür”

Hazırda oxunan: Erməni polkovnikdən ŞOK İDDİA: “Ermənistanın əhalisinin 53 faizi türkdür”

25769

"İndi erməni düşüncəsini və ümumiyyətlə erməni kişisini başa düşə bilmirəm. Genetik düşüncəmizi və milliyyətimizə olan sevgini itirdik. Düşünürəm ki, erməni xalqı artıq mövcud deyil. Əliyev haqlıdır ki, biz xalq deyilik, dövlət qura bilməyəcəyik".

Bizim.Media xəbər verir ki, bu açıqlamanı Ermənistanın ehtiyatda olan zabiti, palkovnik Volodya Ovanisyan erməni KİV- nə müsahibəsi əsnasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Ermənistan hərbçiləri GERİ ÇƏKİLİR – “Bu əraziyə rus ordusu NƏZARƏT EDƏCƏK” 


O Syunik bölgəsinin səsvermə nəticələrinə toxunaraq deyib ki, Ermənistanın əhalisinin 53 faizi türkdür. Çünki Paşinyana ancaq türklər səs verə bilərdi:
 

"Bu seçkilərin nəticələrini saxtalaşdırmaq baxımından düşünürəm ki, təxminən 10 faizi saxtalaşdırılsa da, insanların 43 faizi xain kapitulyatora səs verdi.


Onların Nikol Paşinyanı sevmədikləri bir həqiqətdir, özlərini sevmədikləri, özlərinə sevgilərinin olmadığı da bir həqiqətdir. Mən 3 ildir Nikol Paşinyana qarşı danışıram, çünki bu ölkəni məhv etdiyini və məhv etməyə davam edəcəyini bilirəm. Türklərin Syunik, Şurnux, Vardenis və İrəvana girəcəkləri gün, Meğriyə gedən yolun alınacağı gün, heç kim başqasını günahlandırmasın. Günahkar, Nikol Paşinyan və ona səs verənlərdir. Bu şəxslər Ermənistanın gələcəyini məhv etdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin