ABŞ-dan Ermənistandakı seçkilərlə bağlı AÇIQLAMA 

Hazırda oxunan: ABŞ-dan Ermənistandakı seçkilərlə bağlı AÇIQLAMA 

25747

ABŞ Dövlət Departamenti sözçüsü Ned Prays adından Ermənistan xalqını son parlament seçkiləri münasibətilə təbrik edib və təsdiqləndikdən sonra nəticələrinə hörmət etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, müvafiq mesaj Dövlət Departamentinin saytında yerləşdirilib. 

Vaşinqton ATƏT missiyasının ümumi müsbət qiymətləndirməsini müsbət qarşılayıb və ilkin nəticələrdən məmnun qaldığını vurğulayıb.

Bununla birlikdə, Prays "əsas aktyorlar arasında qütbləşmə və ritorika ilə bağlı" narahatlıqlara diqqət çəkib: 

"Biz erməniləri bütün siyasi fikirlərə hörmətlə yanaşmağa, seçki ilə bağlı şikayətlərə baxılması üçün qanuni prosesdən narahatlıq doğuran məsələləri həll etməyə və siyasi repressiyalardan çəkinməyə çağırırıq". 

Xatırladaq ki, iyunun 20-də keçirilən erkən seçkilərdən sonra Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası səslərin demək olar ki, 54 faizini toplayaraq böyük fərqlə qalib gəlib. 

Robert Köçəryanın “Hayastan” bloku 21.04 faiz səs toplayıb. İlk üçlüyü isə 5.23 fazi səslə Serj Sarkisyanın “Şərəfim var” bloku tamamlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin