Sarkisyanın kürəkəni Paşinyanı xəyanətdə İTTİHAM ETDİ

Hazırda oxunan: Sarkisyanın kürəkəni Paşinyanı xəyanətdə İTTİHAM ETDİ

2564

Ermənistanın eks prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan şiddətli döyüşlər gedən zaman aparılan danışıqların pərdə arxasından danışıb.

Bizim.Media xəbər verir ki, Ermənistan Respublikasının Vatikandakı keçmiş səfiri Baş Nazir Nikol Paşinyana müraciət edib.

Bu müraciəti nəzərinizə çatdırırıq:

“Müharibənin qaçılmaz olduğunu iddia edirsən. Xeyr! Sən danışıqların uğursuz  alınması üçün əlindən gələn hər şeyi etdin və düşmənin əsas arzusunun həyata keçirdin:

Dünyaya müharibə başlamaq istəyini çatdırdın. Sən danışıqların mənasız olduğunu deyərək, müharibənin başlanmasını təhrik etdin!

1.
Müharibənin ikinci günü sənə öz komandanızdan olacaq baş nazir vəzifəsinə namizəd lehinə istefa etməyiniz təklif edildi. Bunun müqabilində vasitəçilər danışıqların davam etdiriləcəyi təqdirdə müharibənin bitməsini təmin edəcəkdi.

Siz rədd etdiniz.

2
. Bir saat sonra sizə aşağıdakıları təklif edildi: İstefanızdan sonra müharibənin bitəcəyinə şübhə edirsinizsə, o zaman elə indi başa çatacaq. Sonra istefa verirsiniz və tərəflər yenidən danışıqlara qayıdırlar.

Sən bundan da imtina etdin.

3.
Müharibənin beşinci günündə bir sıra strateji və taktiki məntəqələrin itirildiyi zaman vasitəçilər bu mövqelərin ətrafında bir ərazini təslim edib danışıqlar masasına qayıtmağı təklif etdilər.

Siz rədd etdiniz.

4.
Sən 20 oktyabrda təklif olunan şərtlərlə razılaşdın amma çox gec idi. Nəzarətdən çıxmış dörd bölgəni Azərbaycana təslim etməyinin müqabilidndə, sərhədlərində sülhməramlıların yerləşəcəyi və Qarabağ ermənilərinə Kəlbəcər və Laçının qalacağı təklif olundu.

Siz rədd etdiniz.

5.
22 oktyabrda sən əvvəlki şərtlərlə razılıq verəndə, çox gec idi. Sizə 5 rayon əvəzinə sərhəd boyunca sülhməramlı qüvvələrin yerləşdirilməsi, azərbaycanlıların Şuşaya sərbəst çıxış və girişi təklif edildi.

Siz rədd etdiniz.

6.
23 oktyabrda əvvəlki şərtləri qəbul etdiniz, artıq çox gec idi. Bu dəfə təklif olunan  5 bölgə və Şuşa idi.  Burada artıq status və "DQR" nin sərhədləri məsələsi yox idi.

Siz rədd etdiniz.

7. 
7 Noyabrda əvvəlki şərtlərlə razılaşdınız, amma çox gec idi. O vaxt, təslim olmağa iki gün qalmış - 5 rayon, Şuşa, Kəlbəcər və Laçının kiçik bir hissəsi sizə təklif edildi. Siz rədd etdiniz.
Nəticədə, 10 Noyabrda bir oğru kimi utancaq bir təslim sənədi imzaladın və bununla vətəninə xəyanət etdin.

Qarabağın sərhədlərini geri almaq fürsətindən imtina etdin.

Azərbaycanlıları yenidən Qarabağa buraxmaq fikrindən vaz keçdiniz və sonda razılaşdınız.
7 bölgənin hamısını, Hadrutu və Xocavənd bölgəsinin əhəmiyyətli bir hissəsini təslim etməyi qəbul etdin.

Qarabağın statusu  barədə müzakirələr aparmadan bu şərtlərə razılaşdın.

Azərbaycanlıların Qarabağa qayıtmalarına izin verdin və Qarabağ məsələsinin “həllindən” sonra Ermənistanın suverenliyini  Zəngəzur dəhlizini açaraq itirdin”,- deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin