''Ermənistanın yeni hökumətini bizim partiya quracaq'' - Paşinyan  

Hazırda oxunan: ''Ermənistanın yeni hökumətini bizim partiya quracaq'' - Paşinyan  

25577

Rəhbərlik etdiyim “Vətəndaş müqaviləsi” partiyası ölkənin yeni parlamentində çoxluq əldə edib. 

Bizim.Media xəbər verir ki, bu sözləri özünün Facebook səhifəsində Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan yazıb. 

"Vətəndaş müqaviləsi" hökuməti quracaq”, deyə Paşinyan qeyd edib. 

Xatırladaq ki, dünən Ermənistanda erkən parlament seçkiləri keçirilib. Seçkilərə 25 siyasi qüvvə - 21 partiya və 4 blok qatılıb. Səs vermə hüququ olan 2.578 milyon vətəndaşdan 1.281.174 və ya 49.4 faizi səsvermədə iştirak edib. 

Ermənistan Mərkəzi Seçki Komissiyasına görə, 1 milyon 281 911 bülleten sayıldıqdan sonra Paşinyanın partiyası 53.92 (687 251), Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın "Ermənistan" bloku 21.04 faiz (268 165) səs qazanıb.  

"Şərəfim var" bloku 5.23 (66.633), "Çiçəklənən Ermənistan" partiyası 3.96 (50416) və "Respublika" partiyası 3.04 faiz əldə edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin