Ermənistan Mərkəzi Seçki Komissiyası 21 iyun saat 08.25-də 8-ci çağırış üzrə parlamentə fövqəladə seçkilərin nəticələrini yekunlaşdırıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Köçəryanı məğlub edir – İLKİN NƏTİCƏLƏR AÇIQLANDI
Bizim.Media xəbər verir ki, bütün 2008 seçki məntəqələrindən məlumatlar işlənib.
Səslər aşağıdakı kimi paylanıb:
1. "Vətəndaş müqaviləsi" partiyası - 53.92% (687251 səs),
2. "Ermənistan" bloku - 21.04% (268165),
3. "Şərəfim var" bloku - 5.23% (66633),
4. "Çiçəklənən Ermənistan" partiyası - 3.96% (50416),
5. "Respublika" partiyası - 3,04% (38713),
6. Erməni Milli Konqresi - 1,54% (19647),
7. "Şirinyan-Babacanyan Demokratlar Bloku" - 1,5% (19142),
8. "Milli Demokratik Qütb" partiyası - 1.47% (18767),
9. "Parlaq Ermənistan" partiyası - 1,22% (15557),
10. "5165" hərəkatı - 1.22% (15534),
11. Liberal Partiyası - 1.17% (14923).
12. “Ermənilərin vətəni” partiyası - 1,03% (13115).
Qalan 13 qurum bir faizdən az səs toplayıb.
Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası paytaxtda ən pis nəticə göstərib. İrəvanda seçicilərin yalnız 41% -i onun partiyasına səs verib. Parlamentdəki əksər yerləri o, əyalət hesabına qazanıb.
Bizim.Media