21 iyun tarixində Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının deputatları ilə görüşəcək və beş il ərzində onların qanunvericilik fəaliyyətinin nəticələrini dinləyəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Kremlin mətbuat xidməti yayıb.
MÖVZU İLƏ BAĞLI:
Putin onları deputat görmək istəyir
Rusiya Prezidenti Vladimir Putin 21 iyun tarixində Kremldə 7-ci çağırış Dövlət Dumasının deputatları ilə görüş keçirəcək.
Dövlət başçısı deputat korpusunun 5 il ərzində gördüyü genişmiqyaslı qanunvericilik işinin nəticələrinə yekun vuracaq”. Bəyanatda belə deyilir.
Xatırladaq ki, Dövlət Duması deputatlarının seçkiləri 2021-ci il sentyabrın 19-da keçiriləcək.
Bizim.Media