Ölkə tarixində belə miqyasda pozuntu olmayıb - Ermənistan müxalifəti

Hazırda oxunan: Ölkə tarixində belə miqyasda pozuntu olmayıb - Ermənistan müxalifəti

25509

İndiyədək Ermənistan tarixində seçki prosesində heç vaxt belə həcmdə pozuntu qeydə alınmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Hayastan” blokunun bəyanatında bildirilib. Bəyanatda qeyd edilib ki, ötən gün Ermənistan Mərkəzi Seçki Komissiyası sükut gününün qaydasını pozduğu üçün Nikol Paşinyana xəbərdarlıq edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda parlament seçkiləri başladı – Paşinyan qalib gələ biləcəkmi?


Dünəndən bəri “Hayastan” blokunun liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materiallar yayılıb. Əldə olunan məlumata görə, bu biabırçı proses hökumətin icazəsi ilə sorosçu təşkilatlar tərəfindən təşkil edilib.

Eyni zamanda, "Hayastan" blokunun regional qərargahının üzvləri yalan məlumatlar əsasında nəzarət altına alınıblar.

Eyni zamanda, diqqətə çatdırılıb ki, belə çirkin oyunların sorosçu təşkilatlar tərəfindən təşkil edilməsinə dair bütün əsaslar var. Blok bəyan edib ki, seçkiləri izləyən beynəlxalq müşahidə missiyalarının diqqətini qanun pozuntularına çəkməyə davam edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin