Keçmiş prezident və "Ermənistan" blokunun lideri Robert Köçəryan erkən parlament seçkilərində "layiqli sülh və iqtisadi böyümə" üçün səs verib.
Bizim.Media xəbər verir ki, bu haqda o, 7/3 seçki məntəqəsində səs verdikdən sonra jurnalistlərə verdiyi müsahibədə deyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda parlament seçkiləri başladı – Paşinyan qalib gələ biləcəkmi?
Seçki məntəqəsini tərk etdikdən sonra jurnalistlərdən biri qələbəyə inanıb-inanmadığını və şansını necə qiymətləndirdiyini soruşub.
Cavab olaraq Köçəryan belə qeyd edib: "Şübhə edirsiniz?".
Keçmiş Baş nazir Karen Karapetyanın hansı vəzifəni tutacağı soruşulduqda, Köçəryan ona dəstəyinin açıq olduğunu, lakin əməkdaşlıq formatını açıqlamadığını cavablandırıb.
Bizim.Media