Ermənistanın ikinci Prezidenti Robert Koçaryan jurnalistlərə müsahibəsində Şuşadan danışarkən ilk dəfə şəhərin adını düzgün səsləndirib.
Bizim.Media xəbər verir ki, Koçaryan “Sputnik Armenia”, “RİA Novosti” və “Russia Today”ə birgə müsahibəsində ermənilərin “Şuşi” adlandırdığı Azərbaycan şəhərinin adını düzgün səsləndirib və Şuşa adlandırıb.
Robertin sözlərinə görə qondarma "andiçmə"nin Şuşada keçirilməsinə ehtiyac yox idi:
“Onlar bilirdilər ki, Şuşa çox həssas bir mövzudur. Elə şeylər var ki, üstündən keçmək olmaz, çünki bununla danışıqlar yolu ilə nəyəsə nail oluna biləcəyinə ümid qoymursan. Axı biz də edə bilərdik - mən və ya əvvəlki və ya sonrakı prezidentlər səs-küylə qəbul ediləcək bəzi şüarlarla çıxış edə və alqış qazana bilərdik”.
Koçaryanın Şuşa etirafını təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Region
15:49 / 19.06.2021
Paşinyanın səhvi Koçaryana ”Şuşa” dedizdirdi - VİDEO
Hazırda oxunan: Paşinyanın səhvi Koçaryana ”Şuşa” dedizdirdi - VİDEO
Hazırda oxunan: Paşinyanın səhvi Koçaryana ”Şuşa” dedizdirdi - VİDEO
25418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.