"Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların olacağı istisna olunmur. Ayılmağın vaxt gəldi, yoxsa seçkilər nəticəsində Ermənistanı da itirə bilərik”.
Bizim.Media Ermnistan mətbuatına istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ermənistanın sabiq prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan deyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan seçkilərində kim QALİB gələcək? – Azərbaycanlıların RƏYİ – SİYAHI
Onun sözlərinə görə, seçkilərdə fiziki qarşıdurma da gözləniləndir. Ancaq hər iki tərəf nəsə edəcək. Artıq mitinqlərə start verilib, niyyətləri aydındır.
Ter-Petrosyan, ölkənin bu yolu tutacağı təqdirdə bir ildə ikinci məğlubiyyət olacağını iddia edib:
"Bu seçkilərdə hansı qüvvələrin iştirak etdiyini, nə demək istədiklərini görürük. Bir-birilərinə qarşı müharibə elan ediblər. Hər hansı bir oyunun olacağı gözlənilir. Ayılmaq üçün vaxt gəldi, əks təqdirdə, Qarabağı müharibə nəticəsində itirmiş olsaq da, seçkilər nəticəsində Ermənistanı itirə bilərik. Şişirtmirəm. Vətəndaş toqquşmaları belə olacaq".
Bizim.Media