“Hazırda sülhdür. İlham Əliyevdən təhlükə gəlmir. Azərbaycanla Ermənistan arasında Rusiya qoşunları dayanıb. Yəni ki, yeni müharibə mümkünsüzdür”
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu sabiq Ermənistan prezidenti Levon Ter Petrosyan müsahibəsində açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda vətəndaş toqquşmaları qaçılmazdır – Levon Ter-Petrosyan
“Zamanla biz Əliyev və Türkiyə ilə müəyyən razılaşmaya gəlməliyik. Qonşular əbədi düşmən ola bilməz”.
Petrosyanın sözlərinə görə, düşmənçilik Ermənistanın ümumi varlığını təhlükə altında qoyur. İndi sülh və mehriban qonşuluq lazımdır. Bununla yanaşı Qarabağ konfliktinin həlli artıq Ermənistandan asılı deyil:
“Münaqişənin həlli Rusiya, yaxud BMT-nin əlindədir. Barışıqdan başqa çıxış yolu yoxdur”
Bizim.Media