Ermənistanın baş naziri vəzifəsini icra edən və seçkilərdə bir daha bu posta iddialı olan Nikol Paşinyan cəzalandıracağı kəslərin adlarını açıqlayıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan ilk növbədə rəqib partiyalardan birinin sədri olan Vaqe Akopyanı diz çökdürmək istəyir. Nikol bildirib ki, tezliklə qarşımda kimlərin dizinin tir-tir əsdiyinin şahidi olacaqsınız.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda seçkilər: Tərpəndikcə bataqlıqda batan ölkə...
Qeyd edək ki, Akopyan əslən Zəngəzur (Sünik) zonasındandır və oradakı kombinatla əlaqlərə malikdir. Bir şey ki, Paşinyana dəstək aksiyasına getmək istəyən kombinat işçiləri Vaqe Akopyan tərəfindən hədələrlə üzləşiblər. Akopyan işçiləri maaş verməmək və kombinatdan çıxarmaqla təhdid edib.
Erməni ekspertlər düşünür ki, Paşinyan öz çəkicilə bu dəfə bəzi oliqarxları xalqın mühakiməsinə verəcək.
Bizim.Media