Paşinyan yenə də Rusiya sərhədçilərinə ümid edir: "Vəziyyət sülh yolu ilə...”

Hazırda oxunan: Paşinyan yenə də Rusiya sərhədçilərinə ümid edir: "Vəziyyət sülh yolu ilə...”

24865

Rus müttəfiqləri ilə birlikdə Ermənistan sərhədindəki vəziyyət sabitləşməlidir.

Bizim.Media xəbər verir ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu haqda Sisyan şəhərində Zəngəzur mahalındakı (Sünik vilayəti) təşviqat turu zamanı danışıb.

O qeyd edib ki, Ermənistanın hərbi rəhbərliyi Rusiya sərhəd qoşunlarının komandanlığı ilə, siyasi hakimiyyət orqanları isə rus tərəfdaşları ilə daim təmasdadır:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan SEÇKİ VƏDİ: 4 yaşadək uşaqlara hər ay 100 dollar veriləcək


“Vəziyyət sülh yolu ilə həll olunmalıdır və belə bir fürsət var”.

Paşinyan əlavə edib ki, Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir: “Bu fikir bütün dünya ictimaiyyəti tərəfindən bölüşülür.

Fikrimiz budur: Rusiya sərhəd qoşunlarının nümayəndələri beynəlxalq müşahidəçilərin himayəsi altında Sotk kəndi ilə Xoznavar kəndi arasındakı sərhədi aydınlaşdıracaq məntəqələr boyunca yerləşdirilir. Bundan əvvəl güzgü prinsipinə görə Ermənistan və Azərbaycan qoşunları daimi dislokasiya yerlərinə qayıtmalıdırlar”.

Paşinyan Azərbaycan tərəfinin sərhəddə insidentlər yaratmaqla Ermənistandakı seçkilərin nəticələrinə təsir göstərməyə çalışdığını istisna etməyib. Paşinyan vurğulayıb ki, ölkənin səlahiyyətliləri və xalqı dövlətin sərhədlərini qoruyacaqlar.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçiriləcək. Paşinyana sual veririk ki, niyə 30 il ərzində beynəlxalq ictimaiyyət Ermənistanın işğal faktını dilə gətirməyib?

İndi isə erməni diasporuna yarınmaq üçün qanuna zidd açıqlamalar verirlər. Bu, xüsusilə Fransa, Kanada və Niderland tərəfindən edilir. Azərbaycan isə hazırda öz ərazisindədir və qonşu dövlətin bir sm belə torpağına daxil olmayıb.

Hələ onlar sərhədlərin müəyyənləşdirilməsindən sonra çox geri çəkiləcəklər. Belə olan halda rəsmi İrəvan görəsən, hansı mahnını “oxuyacaq?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin