Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca ölkə daxilində gərginlik artır.
Bizim.Media xəbər verir ki, baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarlarının İrəvanın Malatiya-Sebastiya rayonundakı yürüşü zamanı əlbəyaxa dava olub.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanı kənddə seçiciləri atla qarşıladılar – VİDEO
Ermənistan mətbuatının yazdığına görə, dava Paşinyanın tərəfdarları ilə "Çiçəklənən Ermənistan" partiyasının qərargahının əməkdaşları arasında olub.
Qeyd edilir ki, hər şey mübahisə ilə başlayıb, tərəflər sonra yumruq davasına çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdaxilə etməli olublar. Onlar dava iştirakçılarını ayırıblar.
Bizim.Media