Ermənistanın Baş naziri vəzifəsini icra edən, “Vətəndaş müqaviləsi” Partiyasının lideri Nikol Paşinyan 2022-ci ildən etibarən hər üçüncü və sonrakı uşaq üçün vətəndaşlara aylıq müavinət ödəməyə söz verib.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri Masisdəki seçki kampaniyası zamanı səsləndirib.
"Uşaq dörd yaşına çatanadək ona aylıq 50 min dram (yüz dollardan çox) müavinət ödəməyi də planlaşdırırıq", deyə o, qeyd edib.
Baş nazir bunun ölkədəki demoqrafik göstəricinin yaxşılaşdırılmasına kömək edəcəyinə inanır.
O, müavinət ödəmə proqramının 2025-ci ilə qədər həyata keçiriləcəyini istisna etməyib və bundan sonra hökumət bunun davam edib-etməyəcəyinə qərar verəcək.
2020-ci ildə Ermənistan hakimiyyəti doğuş müavinətləri üçün büdcəni təxminən 40% artırıb. 2019-cu illə müqayisədə bu xərclər təxminən 38% çoxalaraq təxminən 16,1 milyard dram (30 milyon dollardan bir az çox) təşkil edib. 2 yaşa qədər bir uşağa qulluq müavinəti də artıb (% 36,5) və 3,7 milyard dram (təxminən 7 milyon dollar) olub.
1 iyul 2020-ci ildən bəri müavinət 18 mindən 26,5 min drama (50 $) qalxıb.
Uşağı iki yaşına çatandan işə qayıdan analara dəstək proqramı da davam etdirilib və 2019-cu ildə proqram təxminən 450 qadını əhatə edib. 2021-ci ildə onların sayı 600-ə çatıb. Həmin vətəndaşlar üçün orta aylıq müavinət 53 min dram olub.
Bizim.Media
- A-
- A
- A+
Region
11:43 / 14.06.2021
Paşinyandan SEÇKİ VƏDİ: 4 yaşadək uşaqlara hər ay 100 dollar veriləcək
Hazırda oxunan: Paşinyandan SEÇKİ VƏDİ: 4 yaşadək uşaqlara hər ay 100 dollar veriləcək
Hazırda oxunan: Paşinyandan SEÇKİ VƏDİ: 4 yaşadək uşaqlara hər ay 100 dollar veriləcək
24720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.