“Hakim "Mənim addımım" parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət bütün erməni xalqına qarşı bağışlanmaz cinayət törətməklə Qarabağ və Ermənistanı hansı fəlakətə düçar etdiyini hələ başa düşməyib”.
Bizim.Media bildiri ki, bu barədə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqres partiyası açıqlama yayıb.
“Bəyanat hökumətin daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd etdiyini və əslində qarşıdurmanı kəskinləşdirmək istiqamətində addım atdığını açıq şəkildə göstərir.
Bu, iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil", - Petrosyanın partiyası bəyan edib.
Xatırladaq ki, dünən İrəvanda baş nazir Nikol Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı parlamentin növbədənkənar iclasının çağırılması və Dağlıq Qarabağa dair əldə edilmiş son razılaşmanın əleyhinə mitinq keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:50 / 12.11.2020
Müxalifət Ermənistan hökumətini demokratiyanı pozmaqda ittiham edib
Hazırda oxunan: Müxalifət Ermənistan hökumətini demokratiyanı pozmaqda ittiham edib
Hazırda oxunan: Müxalifət Ermənistan hökumətini demokratiyanı pozmaqda ittiham edib
2469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.