Rüstəm Muradov sülhməramlıların komandanı təyin edildi

Hazırda oxunan: Rüstəm Muradov sülhməramlıların komandanı təyin edildi

2449

General-leytenant Rüstəm Muradov Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək Rusiya sülhməramlı qüvvələrinin komandanı təyin olunub.

Bizim.Media xəbər verir ki, general Muradov 1973-cü ildə Dağıstanda Dərbəndin Çinar kəndində anadan olub.

Milliyətcə tabasaran olan Rüstəm Muradov Kazan Suvorov hərbi məktəbinin məzunudur. O, 1990-cı ildən ordu sıralarında olub. 1995-ci ildə Leninqrad Ümumqoşun komandirləri məktəbini, 2015-ci ildə isə Rusiya Baş Qərargahının Akademiyasını bitirib.

Rüstəm Muradov 2015-2017-ci illərdə Rusiyanın 41-ci ordusunun qərargah rəisi, Ukraynanın Donbas regionunda atəşkəsə nəzarət edən koordinasiya mərkəzinin üzvü olub.

2017-ci ildə Suriyada hərbi məsləhətçi, 2018-ci ildən Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini olub.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün gələn Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovla görüşüb.

Görüşdə, sülhməramlı missiyasının həyata keçirilməsi və təşkili məsələləri müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin