Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər Şurası və Direktorlar Şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak edib.
QMİ-nin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbirin gedişində cari məsələlər ətrafında müzakirələr aparıldı və hesabatlar dinlənilib. Katibliyin əməkdaşları KAICIID-in dünyanın bir sıra ölkələrində, o cümlədən, Nigeriya, Mərkəzi Afrika Respublikasında, Myanmada, eləcə də ərəb regionunda fəaliyyətlər barədə ətraflı məlumat veriblər.
MÖVZU İLƏ BAĞLI:
“II Qareginin Xankəndidə revanşist bəyanatlar verir” - Allahşükür Paşazadə
Tədbirdə çıxış edən A.Paşazadə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını və öz xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb.
Gündəlikdə duran, müzakirə olunan məsələlər barədə öz fikirlərini və tövsiyələrini onlayn sessiya iştirakçılarının diqqətinə çatdıran QMİ sədri A. Paşazadə KAICIID nəzdində müxtəlif regionları təmsil edən dini liderlər şurasını təsis etmək təşəbbüsü ilə çıxış edib. Təşəbbüs iştirakçılar tərəfindən müsbət dəyərləndirilib.
Bizim.Media